İstanbulun "Qalatasaray" futbol klubunun İtaliyanın "Yuventus" futbol klubundan transfer etdiyi braziliyalı futbolçu Felipe Melo, "Qalatasaray" azarkeşlərinə heyran qalıb. Siasport.az saytı xəbər verir ki, braziliyalı forvard, "Türk Telekom Arena"da bir neçə gün bundan əvvəl İngiltərənin "Liverpul" futbol klubu ilə keçirilən yoldaşlıq qarşılaşmasında "cim bom" azarkeşlərinin möhtəşəm dəstəyindən şoka düşüb. Braziliyanın "Globo Esporte" məşhur idman jurnalına müsahibə verən keçmiş "Yuventus"lu, "Liverpul"u 3:0 hesabı ilə məğlub etdikləri həmin qarşılaşmada hər şeyin onun üçün bir röya olduğunu, İtaliyadakı möhtəşəm futbol atmosferindən sonra İstanbuldakı ab-havanın əslmöcüzə olduğunu braziliyalı həmkarlarımıza açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB