Bu gün 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Siasport.az saytı xəbər verir ki, Rio de Jeneyro şəhərində keçiriləcək püşkatma mərasimində yığmamızın də rəqibləri müəyyənləşəcək.
Tədbiri 200-dən çox telekanal işıqlandıracaq. Mərasimi eyni zamanda Türkiyənin TRT3 kanalı da canlı yayımlayacaq.
Qrupların tərkibini iki şəxs müəyyənləşdirəcək. Onlar braziliyalı əfsanəvi futbolçu Ronaldo və "Flamenqo"nun 16 yaşlı yarımmüdafiəçisi Adriandır.
9 qrupdan ibarət olan seçmə mərhələdə millimiz ya 6 komandalı 8 qrupdan birinə, ya da 5 komandanın mübarizə apardığı qrupa düşəcək.
I səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan
II səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya
III səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan
IV səbət: Bolqarıstan, Rumıniya, Gürcüstan, Litva, Albaniya, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa
V səbət: Ermənistan, Finlandiya, Estoniya, Kipr, Latviya, Moldova, Makedoniya, AZƏRBAYCAN, Farer adaları
VI səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino
Qeyd edək ki, püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin almaniyalı baş məşqçisi Berti Foqts təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB