Cüdoçularımız Olimpiya festivalından 1 qızıl 2 gümüş medalla vətənə dönəcək

Cüdoçularımız Olimpiya festivalından 1 qızıl 2 gümüş medalla vətənə dönəcək

Xəbər verdiyimiz kimi, yeniyetmə cüdoçularımız Trabzonda keçirilən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında ölkəmizi 12 idmançı ilə təmsil ediblər. Siasport.az saytı xəbər verir ki, Olimpiya fesivalının son günündə daha iki cüdoçumuz -Cəlil Şükürov (-90 kq) və Zaur Hüseynli mübarizəyə qoşulublar. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəlil Şükürov festivalın gümüş medalnı qazanıb. Zaur Hüseynli (+90 kq) isə yarışın 5-si olub.

Xatırladaq ki, Avropa Yeniyetmələrinin XI olimpiya festivalinin ilk gününde tatami üzərinə cıxan Sadıx Məhərrəmov (-50 kq) isə beşinci olub. Festivalhn ikinci günündə mübarizəyə qoşulan Hüseyn Rəhimli (-66kq) gümüş medal qazanıb. Digər cüdoçumuz Rəşad Rufullayev (-60 kq) isə yarışın yeddincisi olub.


Yarışın üçüncü günündə tatami üzərinə daha iki cüdoçumuz –Firuddin Dadaşov (-73 kq) və Qurban Qurbanov (-81 kq) cıxıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Firuddin Dadaşov Olimpiya festivalının qızıl medalnı qazanıb. Qurban Qurbanov (81kq) tatami üzərinə çıxsa da erkən məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə