\"Neftçi\"nin baş məşqçisi müəyyənləşdi

\"Neftçi\"nin baş məşqçisi müəyyənləşdi
\"Neftçi\"nin baş məşqçisi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyi artıq yekun qərarını verib.
Yunis Hüseynov, Nazim Süleymanov və Böyükağa Hacıyevin namizədliyini müzakirə edən rəhbərlik sonuncunun xeyirinə qərar verib. Hacıyevə yaxın şəxslərdən birinin fanat.az-a verdiyi məlumata görə, klub rəhbərliyinin iclasında o, baş məşqçi kimi təsdiqlənib. Bu gün isə rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Hacıyev \"Bakı\"nı Azərbaycan çempionu edib. Onun son iş yeri \"Standard\" olub. Hacıyev \"Standard\"ı Premyer Liqada saxlaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə