"İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinə minnətdarlığımı bildirirəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" klubunun keçmiş baş məşqçisi Arif Əsədov deyib. O, vəzifəsindən istefa verməsi barədə danışıb: "İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. Mən "Neftçi"nin yetirməsiyəm və həmişə də ürəyim flaqmanın yanında olacaq. "Neftçi"nin böyük tarixi var və bu komanda hər zaman yüksək yerlər uğrunda oynamalıdır. Çempionlar Liqasındakı uğursuzluqdan sonra bir baş məşqçi kimi məsuliyyəti öz üzrərimə götürüb, klub prezidentinə istefa ərizəsi ilə müraciət etdim. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm, əl-ələ verib bir neçə iş gördük. Həyat davam edir. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB