Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan, növbəti dəfə "Fənərbaxça" azarkeşlərini hədələyən bəyanatla çıxış edib. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl Ukraynanın "Şaxtyor" futbol klubu ilə "Şükrü Saracoğlu" stadionunda keçirilən yoldaşlıq qarşılaşmasında "Fənərbaxça" azarkeşlərinin mətbuata qarşı hücumları və stadiona daxil olaraq oyunu yarımçıq kəsmələri R.T.Ərdoğanı bərk qəzəbləndirib. Belə ki, baş verənlərdən hələ də "Fənərbaxça" azarkeşlərinin dərs almamalarını təəssüflə dilə gətirən Baş nazir, bundan sonra belə hallara qarşı daha sərt addımların atıla biləcəyini də vurğulayıb. O həttda klub rəhbərlərinin də bu işlərdə ciddi günahkar olduqlarını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB