"Qalatasaray" "Liverpul"a futbol dərsi keçdi!

"Qalatasaray" "Liverpul"a futbol dərsi keçdi!
İngiltərənin "Liverpul" futbol klubu dünən "Türk Telekom Arena"da İstanbul nəhəngi "Qalatasaray" futbol klubuna 0:3 hesabı ilə məğlub olub. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray" Fatih Terimin rəhbərliyi ilə "Türk Telekom Arena"da çıxdığı ilk qarşılaşmada Avropanın adlı-sanlı futbol klubuna futbol dərsi keçib. "Türk Telekom Arena"da İngiltərənin ən reytinqli futbol klubu ilə qarşılaşmaya çıxan "cim bom"u, İstanbul klubunun 10 minlərlə azarkeşi yalqız buraxmayıb. "Qalatasaray" tərəfdarları komandalarını möhtəşəm şəkildə dəstəkləyiblər. Qarşılaşmaya sürətlə başlayan "Qalatasaray", artıq 8-ci dəqiqədə Milan Baroşun qolu ilə hesabda irəli çıxıb. Qarşılaşmanın 40-cı dəqiqəsində isə keçmiş "Liverpul"lu M.Baroş yenidən keçmiş komandasını cəzalandırıb,-2:0.
Artıq "Qalatasaray"ın F.Terimin oyun sisteminə uyğun şəkildə ayağa qalxdığı hiss olunmağa başlayıb. "İmperator"un gücə gətirdiyi indiki komanda ilə, keçən il Superliqanı tərk etməkdə olan "Qalatasaray"ı heç müqayisə belə etmək mümkün deyil. Elə ikinci hissədə də "Qalatasaray" "Liverpul"a göz açmağa imkan vermədi. 85-ci dəqiqədə isə "Bolton"dan İstanbul klubuna transfer olunan Elmander hesabı "Qalatasaray"ın xeyrinə 3:0-a çatdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə