Arif Əsədovla yollarını ayırmaqda olan "Neftçi"nin baş məşqçi postuna namizədlərin siyahısı müəyyənləşib. Siasport.az saytı apasport.az saytına istinadən xəbər verir ki, bu vəzifəni tutmağa əvvəldən 3 real iddiaçı olub. Təbii ki, onların da şansları fərqli dəyərləndirilib.
Ən real namizəd "Xəzər Lənkəran"da qalıb-qalmayacağı ilə bağlı qərar verməkdə çətinlik çəkən Mirça Rednik olsa da, bu sevda baş tutmayıb. Rumıniyalının tərəddüdü də məhz "Neftçi" variantı ilə bağlı idi. Əyalətdə yaşamaqda çətinlik çəkən, Lənkərana uyğunlaşması mümkünsüz görünən tanınmış mütəxəssis "ağ-qaralar"la münasibətlərin rəsmiləşməsini gözləyirdi.
"Neftçi" ilə 6 dueldə uduzmayan Rednikin keçidi baş tutacağı təqdirdə, "Neftçi" "Xəzər Lənkəran"ın 5 il gecikmiş cavabını qaytaracaqdı. Həmin vaxt cənublular Ağasəlim Mircavadovu "Neftçi"dən "oğurlamışdılar". Lakin "Xəzər Lənkəran" baş məşqçisini saxlaya bildi. Belə vəziyyətdə "Neftçi" təcili surətdə yerli məşqçi axtarışına çıxıb.
Həm özü, həm də transfer edəcəyi bahalı transferlər üçün böyük məbləğ istəyəcək Rednikdən fərqli, daha az xərclə başa gələcək təyinata isə Yunis Hüseynovla Böyükağa Hacıyev namizəddir. "Standard"dan ayrılandan sonra işsiz olan Hacıyev isə həmkarı ilə müqayisədə favoritdir.
Hətta bakılıların onu axtardığı haqda da söhbətlər gəzir. Çünki "Neftçi" rəhbərliyi onun təyinatını bu gün-sabah rəsmiləşdirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB