"Neftçi"də istefa dalğası başlayıb. Siasport.az saytı fanat.az-a istinadən xəbər verir ki, ötən axşam klubun məşqçilər korpusundan üç nəfər istefaya göndərilib.
Kluba yaxın mənbənin verdiyi məlumata görə, dünən gecə baş məşqçi Arif Əsədov, köməkçiləri - fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak və məşqçi Elmir Xankişiyev vəzifəsindən azad olunub. Məşqçilər korpusunun istefaya göndərilməsi ilə bağlı qərar ötən gecə keçirilən iclasda qəbul olunub. Onlar Çempionlar Liqasındakı uğursuzluq səbəbindən komandadan kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə