"İnter" Avstriyanın “Aufstellung” komandasına qalib gəlib

"İnter" Avstriyanın “Aufstellung” komandasına qalib gəlib

Sloveniyada növbəti mövsümə hazırlığını yekunlaşdıran Bakının "İnter" futbol klubu son yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Avstriyanın ikinci divizion təmsilçisi "Aufstellung" klubu ilə qarşılaşan "İnter" rəqibini 4:2 hesabı ilə məğlub edib. "İnter"in heyətində Nizami Hacıyev, Şəhriyar Rəhimov və Asif Mirili fərqləniblər. Dördüncü topu isə rəqib futbolçu öz qapısından keçirib.

Təlim-məşq toplanışı çərçivəsində "İnter" 4 yoxlama görüşü keçirib. Türkiyə Superliqasının təmsilçiləri "Bursaspor" və "Antalyaspor" komandaları ilə qarşılaşmalarda müvafiq olaraq 0:3 və 1:1 hesabları ilə meydandan ayrılan paytaxt klubu İngiltərə Premyer Liqasının debütantı "Swansea City" komandasına 1:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə