Bahodir Nasimov milli komandada "dubl"a imza atdı

Bahodir Nasimov milli komandada "dubl"a imza atdı

"Neftçi"nin futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasının heyətində "dubl"a imza atıb. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın son mövsümünün ikinci ən yaxşı bombardiri 2014-cü il dünya çempionatının ikinci seçmə mərhələsinin Qırğızıstan yığması ilə cavab oyununda komandasının vurduğu 3 qoldan ikisinin müəllifi olub. Bişkekdə baş tutan görüşün 63-cü dəqiqəsində meydana çıxan hücumçu 65 və 90-cı dəqiqələrdə milli komandaya qol sevinci yaşadıb.

Beləliklə, hər iki oyunda (4:0, 3:0) qələbə qazanan özbəklər növbəti mərhələyə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə