Xəbər verdiyimiz kimi,yeniyetmə cüdoçularımız iyunun 26-da Trabzonda start götürən Avropa Yeniyetmələrinin XI Olimpiya Festivalında iştirak edirlər. JudoOnline.info-dan Siasport.az saytına daxil olan məlumata görə, yarışın üçüncü günündə tatami üzərinə 2 cüdoçumuz - Firuddin Dadaşov (-73 kq) və Qurban Qrubanov (-81 kq) çıxıb. 73 kq çəki dərəcəsində Firuddin Dadaşov bütün rəqiblərini məğlub edərək Olimpiya festivalının qızıl medalını qazanıb. 81 kq-da yarışan Qurban Qurbanov tatami üzərinə çıxsa da, erkən məğlub olub. Yarışın ikinci günündə mübarizəyə qoşulan Hüseyn Rəhimli (-66kq) festivalın gümüş medalını qazanıb. Digər çəki dərəcəsində mübarizə aparmış cüdoçumuz Rəşad Rufullayev (-60 kq) yarışın yeddincisi olub. Yarışın birinci günündə tatami üzərinə cıxan Sadıx Məhərrəmov (-50 kq) beşinci olub.
Qeyd edək ki, cüdoçuların Olimpiya festivalı bu gün bitəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB