Qurban Qurbanov: "Futbolçularımdan razıyam"

Qurban Qurbanov: "Futbolçularımdan razıyam"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika "Brugge"si ilə səfər matçını şərh edib. Siasport.azsaytı azerisport.az saytına istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:4 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib: "Oyun haqda çox danışmaq istəmirəm. Biz belə məğlubiyyəti gözləmirdik. Təəssüf ki, bir sıra problemlərlə üzləşdik. Öncə Rəşad Sadiqovla bağlı problem yarandı. Daha sonra Vüqar Nadirov erkən zədə ilə üzləşdi. Onu elə ilk dəqiqələrdən əvəzləməli olduq. Böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımdan razıyam. Bakıda maraqlı futbol izləyə biləcəksiz".

Bütün xəbərlər Facebook səhifəmizdə