\"Qarabağ\" \"Brügge\"yə məğlub oldu

\"Qarabağ\" \"Brügge\"yə məğlub oldu
Son iki mövsümdə Avropa Liqasında qrup mərhələsinin bir addımlığına qədər irəliləyən \"Qarabağ\" bu dəfə III təsnifat mərhələsində ilişdi. Siasport.az saytı xəbər verir ki, ilk iki mərhələdə Litvanın \"Banqa\" və Farer adalarının \"Streymur\" komandalarını mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri ilk ciddi sınaqdan böyükhesablı məğlubiyyətlə ayrıldı.
\"Brügge\"nin qonağı olan komandamız 1:4 hesabı ilə məğlub oldu. Hesabı 9-cu dəqiqədə Byorn Vleminks açdı. 55-ci dəqiqədə Viktor Vaskes fərqi iki topa çatdırdı. 62-ci dəqiqədə Rauf Əliyev qızıla bərabər qol vursa da, \"Qarabağ\" hesabı qoruya bilmədi. 71-83-cü dəqiqələrdə Rayan Donk və Nabil Dirarın qollarına üzülən komandamız vətənə böyükhesablı məğlubiyyətlə dönməli oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə