İstanbulun "Fənərbaxça" futbol klubu, "Karabukspor"dan transfer etdiyi Emmanuel Emenikeni Moskvanın "Spartak" klubuna satıb. Siasport.az saytı xəbər verir ki, artıq İstanbul klubunun rəsmi internet səhifəsi bu barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, E.Emenike, Türkiyədə baş verən futbol qalmaqallarından ciddi narahatçılıq keçirərək futbol həyatını xarici ölkələrdən birində davam etdirmək istədiyini israrla klub rəhbərliyinin diqqətinə çatdırıb. "Fənərbaxça" rəhbərliyi isə Moskva "Spartak"ının transfer təklifini qəbul edərək bu işə dəstək verib. E.Emenikenin transfer qiyməti 10 milyon avro dəyərindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB