UEFA prezidenti Mişel Platini Türkiyənin \"Fənərbaxça\" futbol klubu barədə bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, UEFA prezidenti Yunanıstanda olarkən, Türkiyədəki futbol qalmaqallarından narahat olduğunu deyərək, bunun tezliklə sona çatmasını istədiklərini vurğulayıb. O, bildirib ki, bununla yanaşı konkret hüquqi qiymət verilmədən \"Fənərbaxça\"nın Avropa yarışlarından kənarıaşdırılmasından söhbət belə gedə bilməz. UEFA prezidenti diqqətə çatdırıb ki, bu məsələdə əsas məqam Türkiyə Futbol Federasiyasının (TFF) çıxaracağı qərarından asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB