Quti "Beşiktaş"da kimi baş məşqçi görmək istəyir?

Quti "Beşiktaş"da kimi baş məşqçi görmək istəyir?

İstanbulun "Beşiktaş" futbol klubu artıq yeni baş məşqçi axtarışlarını davam etdirir. Türkiyədəki qanunsuz oyun alqı-satqılarına görə ittiham olunaraq həbs olunan Tayfur Havutçunun yerinə kimin baş məşqçi postuna gətiriləcəyi diqqətlə gözlənilir. Komandaya Mustafa Dənizli ve ya "Real"ın baş məşqçisi Joze Maurinyonun köməkçisinin gətirələcəyi deyilsə də bu sadəcə söz-söhbət olaraq qalmaqdadır. Klubun hazırkı kapitanı olan Quti Hernantez isə baş məşqçi postuna daha çox əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarıdır. İspaniyalı futbol ulduzu komandadakı hazırkı durumda klub rəhbərliyi ilə yanaşı onun da üzərində böyük bir məsuliyyətin düşdüyünü deyib. Hazırkı situasiyada daha çox əcnəbi baş məşqçinin "Beşiktaş"a gətirilməsini daha düzgün sayan Q.Hernantez, bununla belə, bu məsələdə istənilən qərara hörmətlə yanaşacağını da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə