Flaqman bu gün bir məşqlə kifayətlənəcək

Flaqman bu gün bir məşqlə kifayətlənəcək

Azərbaycan çempionu "Neftçi" PFK "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri dünən iki dəfə məşq keçiblər. Hər iki hazırlıq prosesi klubun bazasındakı meydançada baş tutub. Flaqman bu gün bir məşqlə kifayətlənəcək. Eyni məkanda olacaq məşq saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə