Dünən gecə UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, keçirilən qarşılaşmalarda bir sıra maraqlı nəticələr qeydə alınıb. Belə ki, Bakının "Neftçi" futbol klubunu bu ali turnirdən kənarlaşdıran Zaqreb "Dinamo"su, səfərdə sərfəli nəticə əldə edib. Xorvatiya çempionu ötən mərhələdə 10:0 hesabı ilə qalib gəlməklə, ÇL-in tarixinə ən böyük hesablı qələbə müəllifi kimi düşən Finlandiya HİK-inin qonağı olub. Belə görünür ki, artıq "Dinamo" daha bir mərhələ adlamağa hazırlaşır. Hər halda, finlərin səfərdəki cavab oyununda ən azı 2:0 hesabı ilə qalib gəlməli olduqlarını, amma bunun da inandırıcı görünmdəiyini nəzərə alsaq, o zaman "Dinamo"nun qarşısında duran vəzifəni böyük ölçüdə həll etdiyini deyə bilərik.
Türkiyənin"Trabzonspor" futbol klubu isə işləri yamanca korlayıb. Belə ki, Türkiyənin vitse-çempionu Portuqaliyanın ən titullu klublarından olan "Benfika" ilə çətin səfər oyununa çıxıb və 0:2 hesablı məğlubiyyətlə barışmalı olub. Bütün bunlarla yanaşı, bir neçə qarşılaşma da keçirilib ki, onları da diqqətinizə çatdırırq:
"Makkabi" (Hayfa, İsrail) - "Maribor" (Sloveniya) - 2:1
"Standart" (Belçika) – "Sürix" (İsveçrə) - 1:1
"Rusenborq" (Norveç) - "Viktoriya" (Çexiya) - 0:1
"Benfika" (Portuqaliya) - "Trabzonspor" (Türkiyə) - 2:0
HİK (Finlandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2
"Kopenhagen" (Danimarka) - "Şamrok Rovers" (İrlandiya) - 1:0
"Odense" (Danimarka) – "Panatinaikos" (Yunanıstan) - 1:1

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB