Rumıniyanın Buxarest şəhərində gənc güləşçilər arasında dünya birinciliyi davam edir. Siasport.az saytı xəbər verir ki, yunan-roma növündə yarışlar başa çatıb və idmançılarımız daha 2 medal qazanıblar. Turnirdə 55 kq çəki dərəcəsində Eldəniz Əzizli, 66 kq-da isə Rəsul Cunayev 3-cü yerə çıxıblar. Çempionatda 120 kq-da Aslan Cəbişov 5-ci yeri tutub. Komanda hesabında Gürcüstan 49 xalla qızıl, Azərbaycan 38 xalla gümüş, Rusiya isə 36 xalla bürünc medalı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB