Kişi hokkeyçilərimiz Avropa çempionatında ilk böyük hesablı qələbə qazanıblar
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası dünən İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatında ilk oyundaca qələbə qazanıb. Siasport.az saytı xəbər verir ki, \"A\" qrupunda yer alan milli komandamız Xorvatiya hokkeyçiləri ilə qarşılaşıb. Heyətini kifayət qədər gücləndirən yığmamız deyəsən öz iddialarını reallaşdıra biləcək. Belə ki, qrupun fovaritlərindən sayılan xorvatlarla görüşdə Azərbaycan millisi rəqibini çox çətin vəziyyətə salıb. Matçın 22-ci dəqiqəsinə qədər rəqib qapısından 3 cavabsız qol keçirən həmyerlilərimiz birinci hissəni 4:1 hesabı ilə öz xeyrlərinə başa vurublar. Fasilədən sonra da meydanda yalnız Azərbaycan komandası \"at oynadıb\". Beləliklə, kişi hokkeyçilərimiz nəhayət ki, Avropa çempionatında ilk böyük hesablı qələbə qazanıblar-6:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB