Çexiyanın Pardubitse şəhərində ənənəvi şahmat festivalı keçirilir. Siasport.az saytı xəbər verir ki, festivalın iştirakçıları arasında 279 qrossmeyster var.
"A" qrupunda beş turdan sonra hərəyə 4,5 xal toplamış Maqeş Çandran Pançanatan (Hindistan), Konstantin Şanava (Gürcüstan) və Hannes Stefansson (İslandiya) liderlik edir. Azərbaycan şahmatçılarından Rasim Əliyev, Anar Ələkbərov və Aqil Pirverdiyev hərəyə 2,5 xal, Sücaət Orucov iki xal toplayıb.
"B" qrupunda 286 şahmatçı çıxış edir. Beş turdan sonra Kənan İzzət və Ülvi Sadıqov hərəyə 4 xal, Nurlan Şabanov 3,5 xal, Miradil Zeynallı 2,5 xal toplayıb.
"C" qrupunda qalib adı uğrunda 196 oyunçu mübarizə aparır. Bu qrupda Vüqar Əsədlinin aktivində 3 xal, Raul Quliyevin aktivində isə 2,5 xal vardır.
"D" qrupunda 214 şahmatçı oynayır. Bu qrupda ölkəmizi təmsil edən Sahil Əlizadə 5 mümkün xaldan 3 xal toplayıb.
"E" qrupunda 226 oyunçu mübarizə aparır. Beş turdan sonra Əli Əlizadə 3 xal, İzzət Nəsirov 2 xal, Nəriman İmanov 2,5 xal, Hüseyn Ağayev 1 xal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB