"Qarabağ" artıq "Brügge" ilə oyuna hazırdır. Siasport.az saytı xəbər verir ki, "Qarabağ" dünən yerli vaxtla saat 20:30-da oyunun keçiriləcəyi "Jan Breydel" stadionunda məşqə çıxıb. Komandanın məşqi təxminən 1 saat davam edib. Öncə təxminən 10 dəqiqə qaçan futbolçular ardınca fərqli toplu kombinasiyalar yerinə yetiriblər. İki dəfə 8 dəqiqə olmaqla yarım meydanda futbol oynanılıb. Məşqin sonunda isə qapıya zərbələr vurulub. Komanda məşqin ardından stadiondan otelə yollanıb.
"Qarabağ" bu gün səhər saatlarında 30 dəqiqəlik yüngül isinmə hərəkətləri yerinə yetirib.
Xatırladaq ki, "Brügge" - "Qarabağ" oyunu iyulun 28-i 20:30-da (Bakı vaxtıyla 23:30) keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB