“Jalə” Beynəlxalq Futbol Turniri keçiriləcək

“Jalə” Beynəlxalq Futbol Turniri keçiriləcək
"Qəbələ" Futbol Klubunun təşəbbüsü və "Jalə" Şirkətinin sponsorluğu ilə 30-31 iyul tarixində Qəbələ şəhərində "Jalə" Beynəlxalq Futbol Turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə iki yerli - "Qəbələ", "Kəpəz" və iki əcnəbi - "Spartak" (Tsxinvali, Gürcüstan), "Dila" (Qori, Gürcüstan) komandaları iştirak edəcək.

Turnirin proqramı aşağıdakı kimidir:

30 iyul:

10.00 – "Kəpəz" – "Spartak"

18.00 – "Qəbələ" – "Dila"

31 iyul:

10.00– 3-cüyer uğrunda oyun

18.00 – Final

Matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Turnirin qalibi kubok və medallarla təltif olunacaq. "Qəbələ" - "Dila" və turnirin final oyunu "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə