UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Bakının "Neftçi" futbol komandasının özbək futbolçusu Bahodir Nasimov Qırğızıstana yollanacaq. Siasport.az saytı xəbər verir ki, 24 yaşlı özbək hücumçu, Özbəkistan milli komandasının heyətində 2014-cü il dünya çempionatının II seçmə mərhələsində iyulun 28-də Bişkekdə Qırğızıstanla keçiriləcək cavab oyununda iştirak edəcək. Özbəkistan yığmasını baş məşqçisi Vadim Abramov Daşkəndə 4:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra 3 futbolçunu heyətdən çıxarıb. Abramov Bişkekə 19 futbolçu aparacaq ki, onlardan birinin Nasimov olacağına qərar verib. Çarter reysi ilə səfərə çıxacaq özbəklər oyundan dərhal sonra geri qayıdacaq və Bahodir də həmin vaxt "Neftçi"nin düşərgəsinə dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB