“Qəbələ” İngiltərənin “Hayes & Yeading” klubuna qalib gəlib

“Qəbələ” İngiltərənin “Hayes & Yeading” klubuna qalib gəlib

İngiltərədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ" futbol klubu növbəti yoxlama oyununu keçirib.
Siasport.az saytı xəbər verir ki, "Qəbələ" yerli "Hayes & Yeading" klubu ilə qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb.
Londonda üç görüş keçirilən "Qəbələ" "Barnet"ə 0:1 hesabı ilə uduzmuş, "Bishop`s Stortford" ilə qolsuz heç-heçəyə nail olmuş, "St Albans City" komandasına isə 3:2 hesabı ilə qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə