Dünən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, bu mərhələdə baş tutacaq 15 qarşılaşmadan 8-i dünən keçirilib. keçirilən qarşılaşmalarda daha çox"Dinamo" (Kiyev) - "Rubin", "Reyncers" - "Malmö" və "Tvente" - "Vasluy" qarşılaşmaları maraqlı alınıb. "Tvente" və "Malmö" qələbə qazandıqları halda, "Dinamo" (Kiyev) gözlənilmədən öz meydanında "Rubin"ə 0:2 hesabı ilə məğlub olub. Ötən mövsüm "Qarabağ"ın Avroliqanın III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Polşanın "Visla" klubu səfərdə Bolqarıstan "Liteks"inə qalib gəlməyi ilə diqqət çəkib. Dünən keçirilən qarşılaşmaları diqqətinizə çatdırırq:
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları
"Genk" (Belçika) - "Partizan" (Serbiya) - 2:1
"Reyncers" (Şotlandiya) - "Malmö" (İsveç) - 0:1
"Tvente" (Hollandiya) - "Vasluy" (Rumıniya) - 2:0
"Dinamo" (Kiyev) - "Rubin" (Rusiya) - 0:2
"Liteks" (Bolqarıstan) - "Visla" (Polşa) - 1:2
APOEL (Kipr) - "Slovan" (Slovakiya) - 0:0
"Zestafoni" (Gürcüstan) - "Ştrum" (Qrats, Avstriya) - 1:1
"Ekranas" (Litva) - BATE (Belorusiya) - 0:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB