Əziz Yıldırıma qarşı dəhşətli ittiham: "O daima oyun alqı-satqısı ilə məşğul olub!"

Əziz Yıldırıma qarşı dəhşətli ittiham: "O daima oyun alqı-satqısı ilə məşğul olub!"
İstanbulun "Fənərbaxça" futbol klubunun həbsdə olan prezidenti Əziz Yıldırıma daha bir ağır zərbə, Birləşmiş Fənərbaxçalılar Dərnəyinin başqanı Əziz Yılmazdan gəlib. Siasport.az saytı xəbər verir ki, keçmişdə bir müddət Ə.Yıldırımın idarəçilər komandasında təmsil olunaraq klubun idarə olunmasında onunla çalışmış Ə.Yılmaz, açıq şəkildə "Fənərbaxça" prezidentini "topa tutub".
"Radyospor" idman efirinə telefonla bağlanan Ə.Yılmaz, "Fənərbaxça"nın bu günə düşməsinə görə Ə.Yıldırımın ciddi məsuliyyət daşıdığını deyərək, onun klub prezidenti seçildikdən sonra daima oyun alqı-satqıları ilə məşğul olduğunu açıqlayıb. O bildirib ki, hazırda "Fənərbaxça" rəhbərliyinin Ə.Yıldırımı müdafiə etməsini və onun heykəlinin klub binası qarşısında ucaldılması ilə bağlı irəli sürdüyü işləri qətiyyətlə pisləyir. Keçmiş "Fənərbaxça"lı idarəçi, Ə.Yıldırımın İstanbul klubu üçün əvvələr yaxşı işlər götməyə başladığını, amma sonradan çirkin yollara baş vuraraq kubok həvəskarı olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə