"Qalatasaray" Andrey Arşavinə görə "Arsenal"a 16 milyon avro təklif edib?
İstanbulun "Qalatasaray" futbol klubu, İngiltərənin "Arsenal" futbol klubunun rusiyalı ulduz futbolçusu Andrey Arşavini transfer etmək üçün "pul kisəsinin" ağzını açmağı qərara alıb. Belə ki, transfer işlərini gücləndirmək üçün geniş fəaliyyətə başlayan "cim bom", daha iki ulduz futbolçunu transfer etməyi qərara alıb ki, bunlardan da birisi elə A.Arşavin olacaq.
Artıq "Qalatasaray"ın A.Arşavin üçün "Arsenal"a 16 milyon avro təklif etdiyi barədə Fransa və İngiltərə mətbuatı yazılar dərc etməyə başlayıb. Fransanın "Lquippe" qəzeti yazır ki, artıq İstanbul klubu öz menecerlərini "topçular"la danışıqlara göndərməyi planlaşdırır. Fransız qəzeti iddia edir ki, artıq "Arsenal" rəhəbrliyi də rusiyalı futbolçunu yaxşı qiymətə sataraq maliyyə baxımından uduzmamağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB