Məsut Özil: \"Bu il \"Real\" qarşısıalınmaz olacaq\"

Məsut Özil: \"Bu il \"Real\" qarşısıalınmaz olacaq\"
İspaniyanın \"Real\" futbol klubunun türk əsilli almaniyalı hücumçusu Məsut Özil, bir sıra iddialı açıqlamalarla çıxış edərək, kral klubunun La Liqadakı rəqiblərini hədəfə alıb. Siasport.az saytı xəbər verir ki, Madrid \"Real\"ının ulduz futbolçusu Kral klubunun rəsmi internet səhifəsinə verdiyi açıqlamasında bildirib ki, o yeni mövsümdə \"Real\"ın qarşısında duruş gətirəcək komandanı təsəvvürünə belə gətirə bilmir.

M.Özil yeni mövsümdə daha çox kubok qazanmaq iddiasında olduqlarını dilə gətirərək əlavə edib ki, buna klubun hazırkı potensialı və kral klubuna transfer olunan gənc futbolçuların ustalıq səviyyəsi də geniş şəkildə imkan verir. M.Özil \"Real\"ın braziliyalı futbolçusu Kakanın komandası üçün olduqca önəmli bir futbolçu olduğunu deyərək, onun yeni gələn futbolçular üçün müsbət mənada nümunə olacağını da sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə