"Neftçi" PFK "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir

"Neftçi" PFK "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir

"Neftçi" PFK "Qarabağ"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda üzvləri bu gün səhər saatlarında fiziki hazırlıqdan məşq keçiblər. Klubun bazasında baş tutan prosesdə futbolçular baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşqçi Mehmet Akın tapşırıqlarını yerinə yetiriblər. Flaqmanın axşam məşqi isə toplu çalışmalara həsr olunacaq.

Qeyd edək ki, "Neftçi"nin sabah üçün də iki məşqi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə