Türkiyədəki toplanış çərçivəsində növbəti yoxlama oyununu keçirən AZAL meydançanı qələbə ilə tək edib. Siasport.az saytı xəbər verir ki, 3-cü liqada mübarizə aparan "Kilimli Bələdiyyəsi" ilə qarşılaşan komanda rəqib qapısından iki cavabsız top keçirib. Qollara Orxan Səfiyaroğlu və baxışda olan çernoqoriyalı legioner Milan Djoriç imza atıb. Milan Djoriç haqda qərar növbəti yoxlama oyunundan sonra veriləcək. Onun ayın 27-də "Konyasporla" görüşdə bir daha yoxlanılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB