Şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilib

Şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilib
İsmayıllı rayonunda şahmat üzrə 16 yaşadək gənclər arasında Respublika Olimpiadası keçirilib. Siasport.az saytı xəbər verir ki, olimpiadada respublikamızın 40-dan çox şəhər və rayonundan 423 nəfər şahmatçı mübarizə aparıb. Yarışlar A və B qrupları üzrə keçirilib. A qrupunda 13-16 yaşlı idmançılar, B qrupunda 12 yaşadək idmançılar iştirak ediblər. A qrupu üzrə şəxsi hesabda 10 oyundan 8,5 xal toplayan Bakı idmançısı Elxan Bayramov I yeri, 8,5 xal toplayan Gəncə idmançısı Amil Abbasov II yeri, 8,5 xal toplayan Beyləqan idmançısı Cavid Abbaslı III yeri tutub. Komanda hesabında Bakı şəhərini təmsil edən 1№-li İOEUGŞDİM-nin komandası I yerə layiq görülüb. B qrupu üzrə şəxsi hesabda I yeri 10 oyundan 9,5 xal toplayan Bakı idmançısı Niyazi Nağdıyev I yeri, 9 xal toplayan Bakı idmançısı İsmayıl Şahəliyev II yeri, 8,5 xal toplayan Ağcabədi idmançısı Fərid Abdullayev II yeri tutub, komanda hesabında Bakı şəhərini təmsil edən HRŞDK-nun komandası III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə