Avarçəkmə üzrə Bakı şəhər açıq turniri keçirilib

Avarçəkmə üzrə Bakı şəhər açıq turniri keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Gənclər və İdman Nazirliyinin yaradılması ildönümünə həsr olunmuş Bakı şəhərində yerləşən Zığ buxtasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Bakı şəhər açıq turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə "Bakı şəhər yığma komandası"nın üzvləri ilə yanaşı milli komandanın üzvləri və "Mingəçevir şəhər idmançıları" da iştirak ediblər.

Yarışın yekun nəticələrinə görə Bakı şəhər yığma komandası mükafata layiq yerlərə layiq görülüblər. Yarışda I, II və III yerləri tutmuş iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com