"Qarabağ" artıq bu gün yola düşür. Siasport.az saytı xəbər verir ki, Avroliqanın III təsnifat mərhələsində Belçikanın "Brügge" komandasının qonağı olacaq Ağdam təmsilçisi bu səhər Tofiq Bəhramov adına stadionda Bakıdakı sonuncu məşqini edib. Günorta yeməyindən sonra komanda "Bakı - İstanbul - Brüssel" reysiylə Belçikanın paytaxtına yollanacaq. Komanda ora yerli vaxtla 21:35-də çatacaq. Brüsseldən isə komanda oyunun baş tutacağı şəhərə keçəcək.
Komandamız Brüj şəhərində "NH" otelində qalacaq. Sabah "Qarabağ" oyunun keçiriləcəyi stadionda 20:30-da məşqə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB