"Qalatasaray" "Arsenal"ın Fildişi sahillərindən olan futbolçusunu heyətinə qatır!
İstanbulun "Qalatasaray" futbol klubu traansfer işlərini sürətlə davam etdirir. Siasport.az saytı xəbər verir ki, bir çox ulduz futbolçunu heyətinə qatan "cim bom", indi də İngiltərənin "Arsenal" futbol klubunun Fildişi sahillərindən olan futbolçusu Eboueni heyətinə qatmaq üçün çalışır. Almaniyadakı təlim məşq toplanışından geri qayıdarkən hava limanında jurnalistlərin suallarını cavablandıran "Qalatasaray"ın baş məşqçisi Fatih Terim də bu futbolçunu transfer etmək istədiklərini və bacarıqlı bir futbolçu olduğunu dilə gətirmişdi.
İndi isə məlum olub ki, iki klub arasındakı transfer məsələsindəki əsas problem pul məsələsidir. Sən demə "Qalatasaray" bu futbolçu üçün 4,5 milyon avro təklif etsə də, simic ingilis klubu 5 milyon avroda israr edir. Hazırda iki klub arasında qızğım müzakirələrin getdiyi deyilsə də, artıq hər şeyin "Qalatasaray"ın xeyrinə həll olunduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB