"Xəzər Lənkəran"da baş məşqçi Mirça Redniklə rəhbərliyin ortaq qərara gəldiyi haqda xəbər vermişik. Artıq yavaş-yavaş yerli futbolçuların da teleyinə aydınlıq gəlir.
Siasport.az saytı premyerliqa.az saytına istinadən xəbər verir ki, Kamran Ağayevin komandadan ayrılacağı xəbərləri dolaşsa da, kapitan klubla yollarını ayırmayacaq. Məlumata görə, Kamran bu gün Lənkərandan ayrılmaq üçün klubun bazasına gedib və bütün əşyalarını toplayaraq şəhərdə yerləşən çayxanaların birində azarkeşlərlə görüş keçirib. Kapitnanın bu görüşünə xeyli sayda azarkeş kütləsi toplaşıb. Ağayev azarkeşlərlə halalaşıb, Bakının yolunu tutarkən ona zəng gəlib. Mais Mənsimov özü birbaşa Kamrana zəng vuraraq, onun komandada qaldığını və bundan sonra da "Xəzər Lənkəran"ın şərəfini qoruyacağını bildirib.
Beləliklə, legionerlərin ardınca Kamran Ağayevin də komandada qalacağı dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB