Joze Maurinyonun köməkçisi "Beşiktaş"a baş məşqçi gəlir?

Joze Maurinyonun köməkçisi "Beşiktaş"a baş məşqçi gəlir?
İstanbulun "Beşiktaş" futbol klubunun baş məşqçisi Tayfur Havutçunun, futbol oyunlarının qanunsuz alqı-satqısı üzrə keçirilən əməliyyatda ittiham olunaraq həbsə atılması, "qara qartal"ı yeni baş məşqçi axtarışlarına vadar edib. Siasport.az saytı xəbər verir ki, əvvəlcə Mustafa Dənizli və Kristof Daumun adları "Beşiktaş"ın baş məşqçisi olmağa ən real namizədlərin siyahısında çəkilirdisə, indi tamam başqa bir mənzərə ortaya çıxıb. Belə ki, "Beşiktaş"ın idarə heyətinsəki əksəriyyət bu iki mütəxəssisə mənfi münasibət bəslədikləri üçün onların İstanbul klubunun sükanı arxasına keçmələri mümkünsüzləşib.
Belədə klub prezidenti Yıldırım Dəmirörən, yaxın dostu olan "Real"ın baş məşqçisi Joze Maurinyodan dəstək istəyib. Türkiyə mətbuatı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi isə, Y.Dəmirörənə özünün "Real"dakı köməkçisi olan Joze Moraisin namizədliyini təklif edib. J.Maurinyo, gənc J.Moraisin olduqca istedadlı və çalışqan mütəxəssis olduğunu Y.Dəmirörənin diqqətinə çatdırıb. Ən son məlumatlara əsasən, hazırda J.Moraisin "Beşiktaş"a baş məşqçi gəlməsi ilə bağlı İstanbul klubunun təmsilçiləri "Real" rəhbərliyi ilə intensiz danışıqlar aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə