Cüdoçularımız bu gün mübarizəıyə başlayırlar

Cüdoçularımız bu gün mübarizəıyə başlayırlar

Türkiyənin Trabzon şəhərində Avropa yeniyetmələrinin XI Olimpiya Festivali start götürüb. JudoOnline.info-dan Siasport.az saytına daxil olan məlumata görə, yeniyetmə cüdoçularımız bu gün yarışda tatami üzərinə çıxacaqlar. Üç gün davam edəcək yarışda yeniyetmələrdən ibarət yığma komandanın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə 12 cüdoçumuz qüvvəsini sınayacaq.

Belə ki, oğlanların yarışında Sadıq Məhərrəmov (-50 kq), Eşqin Məmmədov (-55 kq), Rəşad Rufullayev (-60 kq), Hüseyn Rəhimli (-66 kq), Firuddin Dadaşov (-73 kq), Qurban Qurbanov (-81 kq), Cəlil Şükürov (-90 kq), Zaur Hüseynli (+90 kq) mübarizəyə qoşulacaq. Xanım cüdoçularımızdan isə Səkinə Zayirova (-44 kq), Nəzakət Məhərrəmova (-48 kq), Əfsanə Hüseynova (-52 kq) və Səbinə Abdullayeva (-57 kq) qüvvəsini sınayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə