Azərbaycan idmançıları ateltika üzrə Avropa çempionatında bir gümüş, bir bürünc medal qazanıblar
Estoniya paytaxtı Tallində yüngül ateltika üzrə gənclər arasında Avropa çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda 2 idmançı təmsil edib və hər ikisi mükafata layiq yerlər tutublar.
Belə ki, Murad İbadullayev üç təkanla tullanmada 16.25 metr nəticə ilə II yeri tutub. Rahib Məmmədov isə 110 metr məsafəyə qaçışda 13.78 saniyə nəticə ilə qitə şempionatının bürünc medalını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB