"Bundan sonra Luqano yaşıl meydanlarda əzəli rəqibim olacaq!"

"Bundan sonra Luqano yaşıl meydanlarda əzəli rəqibim olacaq!"
İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan futbol üzrə Uruqvay millisinin qolkiperi Fernando Muslera, Amerika Kubokunu qazanandan sonra komanda yoldaşı olan Diyeqo Luqano ilə bundan sonra yaşıl meydanlarda əzəli rəqib olacaqlarını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, F.Muslera jurnalistlərlə söhbətində yaxın günlərdə İstanbula yollanaraq yeni klubuna qovuşacağını və bundan həyəcan duyduğunu açıqlayıb:
"Biz komanda yoldaşım Diyeqo Luqano ilə indiyədək milli komandada möhkəm dost olmuşuq. İndi də elədir. Amma bi fərq var ki, artıq biz yeni mövsümdən Diyeqo ilə meydanda barışmaz rəqib olacaqıq. O mənə "Qalatasaray" və İstanbul haqqında çox gözəl şeylər danışıb. Buna görə ona minnətdaram. Bilirəm ki, "Qalatasaray" "Fənərbaxça" və "Beşiktaş" kimi Türkiyənin 3 nəhəng klubundan biridir.
Mən, eyni zamanda "Qalatasaray"ın bütün dünyada tanınan baş məşqçisi Fatih Terimin haqqımda dediyi gözəl sözləri də unuda bilmərəm. O, "Biz dünyanın ən yaxşı qapıçılarından olan bir gənci transfer etmişik. Buna görə də hamımız Amerika Kubokunda Uruqvaya azarkeşlik edəcəyik"-deməklə, mənə çox böyük qürur bəxş etdi. F.Terimin "Milan"ı çalışdırması onun böyük məşqçiliyindən xəbər verir. Mən də bütün "Qalatasaray" azarkeşlərinə söz verirəm ki, İstanbulda "Qalatasaray"ın uğurları üçün çalışacaqam"-deyə F.Muslera fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə