Fatih Terim yenə "transfer" deyir!

Fatih Terim yenə "transfer" deyir!
İstanbulun "Qalatasaray" futbol klubunun "imperator" ləqəbli baş məşqçisi Fatih Terim, bir sıra açıqlamalarla yenidən mətbuatın gündəminə gəlib. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "Kanaltürk" televiziyasının "Tele-qol" futbol proqramına telefonla qoşulan F.Terim, bir sıra transferlər həyata keçirəcəklərini açıqlayaraq, bu siyahıda bir sıra məşhur futbolçuların da yer aldıqlarını diqqətə çatdırıb. Bu siyahıda "Arsenal"dan Eboey və "Real"dan Diarranın da nəzərdə tutulduğunu deyən F.Terim, xüsusi ilə komandanın hücum xəttini gücləndirəcəklərini və bir sıra futbolçularla yolların ayrılacağını da "teleqol"a açıqlamasında diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə