“Günay Kuboku” Beynəlxalq turniri başa çatıb

“Günay Kuboku” Beynəlxalq turniri başa çatıb

Binə Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı "Günay Kuboku" Beynəlxalq turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin sonuncu günündə idmançılar "Günay Bank"ın mükafatı uğrunda yarışıblar. Azərbaycan idmançısı Camal Rəhimov "Platine E" ləqəbli atla rəqiblərindən üstün olaraq turnirin qalibi olub. Digər çaparımız Seyid Musayev "Nabad de Belou" ləqəbli atla ikinci, Polşa idmançısı Alessandro Lussioni "Kalinka" ləqəbli atla üçüncü nəticə göstəriblər. 2012-ci ildə London Yay Olimpiya Oyunlarına lisenziya xalı verən turnirdə C.Rəhimov 50, S.Musayev 45, A.Lussioni isə 40 xal qazanıblar. Turnirin ümumi mükafat fondu 124 min ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə