İyulun 26-dan 31-dək Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin dünya çempionatı keçiriləcək.
Siasport.az saytı xəbər verir ki, iyulun 26-27-də çempionatda iştirak edəcək yunan-Roma güləşi üzrə yığma komandamızın heyətinə Vilayət Qəhrəmanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq) və Aslan Dzebisov (120 kq) daxildir. İdmançılarımız Buxarestə böyük məşqçilər İlqar Abdulov və Ağalar Aslanovun rəhbərliyi altında yola düşəcəklər.
Qadınlardan ibarət millimizin tərkibinə isə Marziget Baqomedova (44 kq), Patimat Baqomedova (51 kq) və Yarina Dubovska (55 kq) daxildir. Böyük məşqçi Həsrət Məmmədyarovun yetirmələri xalça üzərinə iyulun 28-29-da çıxacaqlar. Çempionatın son 2 günündə isə mübarizəyə sərbəst güləşçilər qoşulacaqlar. Böyük məşqçilər Arif Abdullayevin və Elman Əsgərovun yetirmələri - Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq) və Əli Maqomedabirov (120 kq) dünya birinciliyinin medalları uğrunda mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB