Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarişda Azərbaycanı təmsil edən 5 avarçəkəndən yalnız biri- İskra Angelova finalda mübarizəni davam etdirib. İ.Angelova birnəfərlik qayıqla (BW1X) 2000 metr məsafəni 7 dəqiqə 52,13 saniyəyə qət edərək 6-cı yerlə kifayətlənməli olub. Qalib adını isə, ötən il olduğu kimi, yenə də D.Vistartayte (7:28.04) qazanıb. K.Bayer (7:33.02) gümüş, K.Pajusalu (7:37.03) isə bürünc medala sahib olublar. Kişilər arasında ötənilki dünya çempionatının gümüş mükafatçısı Azərbaycan avarçəkəni Aleksandr Aleksandrov 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən "B" finalında yarışmada 7-ci yerlə kifayətlənməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB