Qadınlar arasında WTA seriyalı "Baku Cup" Beynəlxalq tennis turnirində iyulun 24-də keçirilmiş final mərhələsində Rusiyanın iki idmançısı - Vera Zvonaryova və Kseniya Pervak qarşılaşıblar.
Siasport.az saytı xəbər verir ki, fərdi turnirin favoriti Vera Zvonaryova rəqibinə 2-0 (6:1, 6:4) hesabı ilə qalib gəlib. Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev, "Baku Cup" turnirinin direktoru Leyla Məsxi, WTA-nın rəsmi nümayəndəsi Martina Lutkova və "Oriflame" şirkətinin meneceri Kristin Roemhild təqdim ediblər. Vera Zvonaryova "Baku Cup" turnirində 280 reytinq xalı və 37 000 ABŞ dolları qazanıb. Bu turnirin ikincisi Kseniya Pervak isə 200 reytinq xalı ilə yanaşı, 19 000 dollar mükafat əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB