“Baku Cup” tennis turnirinə yekun vurulub - FOTOSESSİYA

“Baku Cup” tennis turnirinə yekun vurulub - FOTOSESSİYA

İyulun 24-də "Baku Cup" beynəlxalq tennis turnirində komandalar arasında final oyunu keçirilib. SİA-nın verdiyi məlumata görə, finalda Mariya Korittseva (Ukrayna) - Tatyana Poutçek (Belarus) cütlüyü Monika Nikulesku (Rumıniya) - Qalina Voskoboyeva (Qazaxıstan) dueti ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma Korittseva-Poutçek cütlüyünün qələbəsi ilə başa çatıb.

Daha sonra isə dünyanın 3 nömrəli tennis ustası Vera Zvonaryova və dünyanın 55 nömrəli tennisçisi rusiyalı Kseniya Pervak üz-üzə gəlib. Turnirin həlledici matçında Vera Zvonaryova qalib gələrək baş mükafata sahib çıxıb.

Beləliklə, 16-24 iyul tarixləri arasında keçirilən "Baku Cup" beynəlxalq tennis turnirində təklərdə Vera Zvonaryova, cütlərdə isə Mariya Korittseva (Ukrayna) və Tatyana Poutçek (Belarus) cütlüyü qalib gəlib.

Qaliblər 280 reytinq xalı, 2-ci yerin sahibləri isə 200 reytinq xalı qazanıblar.

"Baku Cup" turnirinin son günündə baş tutan oyunların nəticələri aşağıdakı kimidir:

Vera Zvonaryova (Rusiya) – Kseniya Pervak (Rusiya) 2-0 (6:1, 6:4)

Monika Nikulesku (Rumıniya) / Qalina Voskoboyeva (Qazaxıstan) 1-2 (3:6, 6:2, 8:10)

Mariya Korittseva (Ukrayna) / Tatyana Poutçek (Belarus)


MAMED BAĞIROV


Bütün xəbərlər Facebook səhifəmizdə