Cüdo üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası Almaniyaya Avropa Kubokuna yola düşüb. Siasport.az saytı xəbər verir ki, bu gün və sabah Hamburq şəhərində keçiriləcək Avropa Kubokunda cüdoçularımızdan Orxan Səfərov (-60 kq), Nicat Şıxəlizadə (-66 kq) və Ramin Qurbanov (-90 kq) mübarizəyə qatılacaq.
Yığma komandamızın digər əsas üzvləri isə yarışdan sonra təlim-məşq toplanışında iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB