Taekvandoçularımız beynəlxalq turnirdə və dünya çempionatında iştirak edəcəklər

Taekvandoçularımız beynəlxalq turnirdə və dünya çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları iyulun 29-dan 31-dək Vladivostokda iki beynəlxalq turnirdə iştirak edəcəklər. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Jon Jonqbayın rəhbərliyi ilə peşəkar taekvondo turnirinə yollanacaq heyətə Fariz Əliyev (74 kq), Elvin Məmmədov (74 kq), Kim Kvanqseok (75 kq), Ramik Nəzərov (80 kq), Fərid Tağızadə (80 kq) və Təvəkkül Bayramov (80 kq) daxil ediliblər.

Bundan başqa Günay Zeynalova, Kazım Kazımov, Kənan Qurbanov, Şahmar Nağıyev və Xəyalə Məmmədovadan ibarət seçmə komandamız isə pumse üzrə dünya çempionatında çıxış edəcək. Heyətə baş məşqçi Etibar İbrahimov rəhbərlik edəcək.

İdmançılarımız Rusiyaya iyulun 25-də yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə