Türkiyə futbolunun son günlərdə çalxalandığı bir dönəmədə şübhəsiz ki, ən diqqət çəkən məqam "Fənərbaxça" klubunun prezidenti Ə.Yıldırımın həbsxanaya düşməsidir. Siasport.az saytının xəbərinə görə, Kanaryanın prezidenti həbsdə olduğu "Metris" cəza evindən yenidən xəstəxanaya aparılmalı olub. Belə ki, daha öncə də oxşar vəziyyətlə qarılaşan başqan yenə də səhhətindəki problemlərdən əziyyət çəkir.
Xatırladaq ki, Ə.Yıldırım qan şəkəri, halsızlıq və öskürəkdən əziyyət çəkir. Artıq Şişli Etfal Eğitim ve Araştırma Xəstəxanasına yerləşdirilən başqanın vəziyyətinin ciddi olduğu bildirilir və həkimi Faiq İşığın sözlərinə görə, Ə.Yıldırımın müalicəsi hələ uzun çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB